20 Noyabr 2020 10:52
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistana 36,7 milyon dollar maliyyə yardımı edəcək.

Teleqraf.com xəbər verir ki, fond pandemiya və müharibə səbəbi ilə Ermənistan iqtisadiyyatının "əkiz şok" yaşadığını bildirib.

Gözləmə prosesi 2 sentyabr və 16 noyabr tarixləri arasında tamamlansa da, BVF icra heyəti müqaviləni yaxın zamanda rəsmən təsdiq edəcək.

BVF açıqlamasında göndəriləcək dəstəyin təcili tibbi və sosial-iqtisadi ehtiyacların ödənilməsinə yönəldiləcəyini bildirilib.

Ermənistandakı araşdırma prosesindən məsul olan BVF qrupunun rəhbəri Nathan Porter deyib: “2020-ci ildə Ermənistan iqtisadiyyatının 7 faiz azalacağı proqnozlaşdırılır. Bərpa ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir, 2021-ci ildə böyümə gözləntiləri mülayimdir.

Qeyri-müəyyən iqtisadi və siyasi mühit, regional gərginlik və pandemiyanın intensivliyi yaxın gələcəkdə ölkə iqtisadiyyat üçün mənfi risklər yaradır. Dövlət borcunun milli gəlirə nisbəti 2020-ci ildə 60 faiz, 2021-ci ildə 69 faizə çatacağı proqnozlaşdırılır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər