21 Noyabr 2020 11:00
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin Xocavənd rayonunun Tuğ kəndində istehsal etdiyi "Kataro" şərab zavodu Azərbaycanın nəzarətinə keçib. Bundan sonra "Kataro" şərabları olmayacaq, orda şərab istehsalı davam etsə də Azərbaycan məhsulu kimi bazara çıxarılacaq”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

O bildirib ki, şərab eyniadlı monastıra görə belə adlandırılıb: “Guya XVII əsrdə tikilən, 2480 metr yüksəklikdə yerləşən monastır ermənilərə məxsus olub. Kaliforniya ermənisinə məxsus zavod 2010-cu ildən fəaliyyətə başlayıb, hər il 60 000 şüşə şərab istehsal edib, erməni məhsulu ilə satışa çıxarırdı. Ermənilər bu markanı əsasən Rusiya bazarı üçün istehsal edirdilər.

Ermənilərin şişirdilmiş qiymətləndirmələrinə görə, şərab zavodunun dəyəri 1 milyon dollar olub”.

Qubad İbadoğlu deyir ki, ermənilər Qarabağda arxayın biznes qurub: “30 ildir bizim torpaqlarımızı, mədənlərimizi istismar edib, “Ermənistan istehsalı” adı ilə dünya bazarına çıxarıblar. Hadrut və Füzuli tərəfdə əkinə yararlı torpaqlar hamısı şum altında olub, üzüm plantasiyaları salınıb, şərab zavodları açılıb, hətta hər il “Şərab turu” adlı turist səfərləri də təşkil olunub.

Nə qədər oğurlayıblar, hamısını burunlarından gətirmək lazımdır. Onları məhkəməyə verib, təzminat istəmək lazımdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər