21 Noyabr 2020 12:15
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Ehtiyat Sistemi (FED) ABŞ Maliyyə Nazirliyinin tələbi ilə koronavirus epidemiyasının iqtisadi təsirlərinə qarşı tətbiq olunan kredit proqramları çərçivəsində istifadə olunmayan vəsaitləri qaytaracağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu, FED sədri Cerom Pauelin Maliyə naziri Stiven Mnuçin göndərdiyi cavab məktubunda öz əksini tapıb.

Cerom Pauel nazirin tələbini yerinə yetirəcəklərini bildirib. Pauel məktubunda istifadə olunmamış vəsaitlərin qaytarılması üçün lazımi tədbirləri görəcəklərini qeyd edib.

Stiven Mnuçin FED-in təcili kredit proqramlarından 4-ü üçün müddətin 90 gün uzadılmasını tələb edib. 5 proqramın isə əvvəllər təyin olunduğu kimi dekabrın 31-də bitməsini istəyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər