21 Noyabr 2020 18:34
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel mükafatı almış amerikalı müğənni Bob Dilanın yayımlanmamış mahnı sözləri hərracda 495 min dollara satılıb.

Teleqraf.com xəbər verir ki, Bostondakı auksion evinin təşkil etdiyi hərracda müğənninin yaxın dostu, gitarist Toni Qlover şəxsi kolleksiyasındakı sənədləri satışa çıxarıb.

Hərracda Qloverin 1971-ci ildə Dilanla apardığı danışıqların qeydləri və müğənninin Qloverə göndərdiyi məktublardan ibarət sənədlər 495 min dollara alıcı tapıb.

Məktublarda Dilanın əvvəllər yayımlanmayan mahnı sözlərinin olduğu da bildirilib.


Müəllif: Yeganə Oqtayqızı