25 Noyabr 2020 17:58
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk məhsullarına qarşı qeyri-rəsmi boykot tətbiq edən Səudiyyə Ərəbistanının ixracat gəliri kəskin azalıb.

Teleqraf.com xəbər verir ki, ölkənin ixracat gəlirlərinin 65,8 faizini təşkil edən neft daxilolmaları 38,7 faiz azalıb.

Səudiyyə Ərəbistanının ümumi ixracatı sentyabr ayında əvvəlki ilin eyni ayına görə təxminən üçdə biri nisbətində azalaraq 14,2 milyard dollar (53,3 milyard rial) olub.

Pandemiya dövründə neft qiymətlərindəki azalmaya və qlobal tələbə paralel olaraq, Səudiyyə Ərəbistanının neft ixracatı gəlirləri sentyabr ayında 38,7 faiz azalaraq 35 milyard riala düşüb.

Neft gəlirləri ümumi ixrac gəlirlərinin 65,8 faizini təşkil etmişdi. 2019-cu ildə bu nisbət 74 faiz olub.

Qeyri-neft sektorundakı ixracat azalması 9,3 faiz daha məhdud olub.

Sentyabr ayında Səudiyyə Ərəbistanına ixracatda Çin birinci, ABŞ ikinci, Birləşmiş Ərəb Əmirlikləri üçüncü sırada yer alıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər