21 Dekabr 2020 12:35
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün İnqilab Keşikçiləri Ordusuna aid Ənsar Bankı ilə Sepah Bankının birləşməsi sona çatdı”.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının direktoru Abdulnasir Himməti məlumat verib.

Himməti ölkədəki bank sisteminin tənzimlənməsi məqsədi ilə həyata keçirilən bu əməliyyatı əhəmiyyətli hesab edib:

“2019-cu ilin martında elan etdiyimiz kimi İnqilab Keşikçiləri Ordusuna aid Mehr-i İktisad Bankı, Polis Qüvvələrinə bağlı Kavvamin Bankı və İran Ordusuna bağlı Hikmet-i İran Bankı ilə Kevser Kredit Korporasiyasının Sepahla birləşməsi prosesi yaxın günlərdə başa çatdı”.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani 2019-cu il fevralın 26-da Mərkəzi Banka baş çəkərkən silahlı qüvvələrə aid bankların bir idarəçilikdə toplanacağını bildirmişdi.

1925-ci ildə qurulan İranın ilk bankı Sepahın Paris, Frankfurt, Roma və Londonda şöbələri var.

ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən 2007-ci ildə embarqo siyahısına daxil edilmiş Sepah Banka qarşı sanksiyalar, 2016-cı ildə İranla imzalanan nüvə anlaşmasından sonra qaldırılmışdı.

Vaşinqton rəhbərliyi nüvə anlaşmasından birtərəfli qaydada çıxdıqdan sonra Sepahla birlikdə İranda 70 maliyyə qurumunu sanksiya siyahısına salmışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər