30 Dekabr 2020 17:35
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2020-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz geriləməsi proqnozlaşdırıldığı halda, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, dünya iqtisadiyyatında geriləmə 4,4 faiz, inkişaf etmiş ölkələrdə 5,8 faiz və inkişaf etməkdə olan ölkələrdə 3,3 faiz, Çini nəzərə almasaq daha yüksək səviyyədə olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2020-ci ilin iqtisadi yekunları barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycanın ticarәt tәrәfdaşı olan ölkәlәrdə iqtisadi geriləmə - Rusiyada 4,1 faiz, Türkiyə və İranda isə 5 faiz proqnozlaşdırılır: “Göründüyü kimi Azərbaycanda iqtisadi geriləmə 2020-ci ildə beynəlxalq müqayisədə daha yumşaq olub”.

Vüsal Qasımlı qeyd edib ki, bu il Azərbaycanda məcmu dövlət borcunun ÜDM-ə nisbəti dünya üzrə göstəricidən təxminən 4 dəfə azdır: “AYİB-in sorğularına əsasən orta gəlirli ölkələrin 30 faizi, aşağı gəlirli ölkələrin isə 50 faizində borc böhranı proqnozlaşdırılır. Azərbaycan qarşılaşdığı xarici şoklarla mübarizədə xarici deyil, öz resurslarına əsaslanmaqla borc dayanıqlılığını qoruya bilib. 2020-ci ildə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərini tarazlaşdırılması üçün “fiskal fəza”dan istifadə etməklə büdcə dürüstləşdirilməsi çərçivəsində 2,3 milyard manatlıq əlavə maliyyə təminatı yaradılıb. Büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla 2020-ci ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi böhranla mübarizədə effektiv olub”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər