Türkiyənin “Tekfen Holding”i Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının inşası üçün keçirilmiş tenderin qalibi olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Layihənin dəyəri 218 milyon avrodur. Hazırkı məzənnə ilə Mərkəzi Bankın yeni inzibati binasının inşası 453 milyon manata başa gələcək.