Cənub Qaz Dəhlizinin ən vacib həlqəsi olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP), Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının inkişafına töhfə verməklə yanaşı, Türkiyəni Avropa İttifaqının ikinci ən böyük qaz tədarükçüsü mövqeyinə gətirir.
Teleqraf.com xəbər verir ki, bunu TANAP-ın Baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında deyib.
O bildirib ki, layihə normal büdcəsindən 45 faiz aşağı xərclə həyata keçirilir: “2022-ci ildə layihə tam gücünə çatdıqda illik nəqliyyat gəlirimiz 1,5 milyard dolları keçəcək”.
Düzyol xatırladıb ki, TANAP ticari qaz tədarükünə 30 iyun 2018-ci ildə başlayıb: “İlk il üçün 2 milyard kubmetr qaz nəql olundu. Digər illərdə qaz nəqli 4 milyard kubmetrə çatdı. 2020-ci il iyunun 30-dan cari ilin 30 iyununa qədər verəcəyimiz qazın ümumi miqdarı 6 milyard kubmetrə çatacaq.
Beləliklə, 30 iyun 2021-ci ildə sona çatan TANAP-dan Türkiyəyə gələn qazın ümumi miqdarı 12 milyard kubmetr olacaq. TAP-da ticari qaz axını 31 dekabr 2020-ci ildə başladı. Bu vaxtdan bəri Avropaya 10.9 milyon kubmetr qaz nəql edilib”.