19 Yanvar 2021 00:54
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiya buğdaya tətbiq etdiyi əlavə vergini ton başına 25 avro artırmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Rusiya Kənd Təsərrüfatı Nazirliyi çıxış edib.

Yeni kvotaya əsasən, martın 1-dən etibarən buğda ixracatının əlavə vergi dərəcəsi ton başına 50 avroya qədər artırılır.

Rusiya arpa və qarğıdalı üçün də oxşar qərar verməyi planlaşdırır. Hökumət bununla daxil ehtiyacları ödəmək və ərzağın qiymətlərindəki artımın qarşısını almaq məqsədi güdür.

Nazirlik eyni zamanda 15 martdan etibarən arpa üçün ton başına 10 avro, qarğıdalı üçün 25 avro vergi təklif edib.

Rusiya İqtisadiyyat naziri Maksim Oreşkin buğda ixracatına verginin 1 mart tarixindən etibarən artırılacağını təsdiqləyib: “Daxili qiymətlər üzərində daha çox təzyiqin qarşısını almağa ehtiyac var”.

Rusiya əvvəlki illərdə də bənzər bir vergi tətbiq etmişdi. Digər tərəfdən, Rusiya daxili bazardakı qiymətləri tənzimləmək üçün yanvar-mart ayları arasında dövlət ehtiyatından daxili bazara təxminən 75 min ton taxıl satmağı planlaşdırır.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2021-ci il iyulun 1-də başlayacaq un istehsalçılarının tələbatına diqqət yetirərək yeni dövlət taxıl ehtiyatını 2,5-3,5 milyon tona qədər artırmağa başlayacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər