25 Yanvar 2021 18:12
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı 10 insanının sərvəti pandemiya dövründə 540 milyard dollar artıb. Bu vəsait bütün dünya əhalisini peyvəndləmək və epidemiyanın gətirdiyi yoxsulluğun qarşısını almağa yetər.

Teleqraf.com xəbər verir ki, məlumat beynəlxalq qeyri-hökumət təşkilatı “Oxfam”ın hesabatında yer alıb.

“Oxfam”ın "Bərabərsizlik virusu" adlı hesabatı yanvarın 25-də Dünya İqtisadi Forumunun təşkil etdiyi "Davos Gündəmi" nin açılış mərasimində yayımlanıb.

“Oxfam”ın 79 ölkədən 300 iqtisadçı fikirlərinə əsaslanaraq hazırladığı hesabatına görə, "Amazon"un qurucusu Ceff Bezos, “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətinin sahibi Bernard Arnault, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts, “Facebook”un qurucusu Mark Zuckerberg kimi əsasən ağdərili kişilərin xalis sərvəti 2020-ci ilin mart-dekabr ayına qədər 540 milyard dollar artıb.

“Oxfam”ın icraçı direktoru Qabriela Buçer bildirib ki, qeyd aparmağa başladıqlarından bəri bərabərsizliyin ən böyük artımına şahid olublar: “Pandemiya başlayanda mağazalardakı satıcılar, səhiyyə işçiləri, süfrələrinə yemək gətirmək üçün mübarizə apararkən, lüks həyatları ilə korrupsiyalaşmış iqtisadiyyatlar pandemiyadan heç zərər görməyən bir elitaya sərvət axıtmağa davam edirlər.

Qadınlar və cəmiyyətin çəpərinə sıxışdırılan irqi və etnik qruplar epidemiyanın ən ağır fəsadlarını yaşayırlar. Bu qrupların yoxsulluğa düçar olması, ac qalması və səhiyyə xidmətindən kənarlaşdırılması ehtimalı daha yüksəkdir”.

Hesabata görə, dünya 90 ildə ən böyük məşğulluq böhranını yaşayır. 100 milyonlarla insanın qazancını və ya işini itirib. Bu vəziyyətdən təsirlənən qruplar arasında qadınlar başda gəlir.

Pandemiyadan ziyan çəkən aparıcı iqtisadi sahələr arasında otel, restoran və ofis rəhbərləri də var. Qadınların 49 faizi, kişilərin 40 faizi bu sahələrdə işləyir. Digər tərəfdən, sağlamlıq və sosial xidmət sahələrində məşğulluğun 70 faizini təşkil edən qadınlar daha çox COVID-19-a tutulma riski altındadır.


Müəllif: Yeganə Oqtayqızı