26 Fevral 2021 17:09
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il iyunun 16-dan bu il fevralın 23-dək Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 437 əmanətçiyə 626,91 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Fonddan Teleqraf.com-a verilən xəbərə görə, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 244,16 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4672 əmanətçiyə 113 milyon manat, "NBC Bank" üzrə isə 4208 əmanətçiyə 131,12 milyon manatdan çox kompensasiya verilib.

Ötən il iyunun 1-dən fevralın 23-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 382,75 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5795 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,74 milyon manat, "Ata Bank" üzrə 9762 əmanətçiyə isə 243 milyon manat təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər