İngilislərin səbirsizliklə gözlədikləri yay mövsümü gözlədikləri kimi keçə bilməyəcək. Tətil mövsümü yaxınlaşdıqca İngiltərə qadağaları artırır.
Teleqraf.com xəbər verir ki, hökumət tərəfindən görülən yeni tədbirlər çərçivəsində xaricə səfərlər iyunun sonuna qədər məhdudlaşdırılıb.
Qaydaya əməl etməyənlərə 5 min funt sterlinq (6,929.35 dollar və ya 11,833.5 manat) cərimə tətbiq olunacaq.
Ölkəni tərk etmək istəyən ingilislər hansı ölkəyə gedəcəklərini, nə qədər qalacaqlarını və səfərin səbəbi barədə blank dolduracaqlar.
Son qərarlara görə, aprelin 12-dək tətil məqsədilə ev kirələmək də qadağandır.
Otel və yataqxanalara qoyulan qadağa mayın 17-nə qədər aradan qaldırılacaq.