COVID-19 epidemiyasına qarşı tədbirlər Avrozonadakı iqtisadi fəaliyyətə mənfi təsirini davam etdirəcək. Bu tədbirlər başa çatdıqda iqtisadi canlanma bərpa olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristina Laqarde deyib.
O, Avrozona iqtisadiyyatının epidemiya təsirindən tədricən qurtulacağını gözləyir: “Peyvənd kampaniyalarında əldə olunan irəliləyiş və 2020-ci ilin oktyabr ayından bəri iqtisadiyyatlara güclü siyasi dəstək sayəsində qlobal ümidlər artıb. Ancaq bu parıltılı görünüş epidemiyanın gedişi və peyvəndlərin yayılması baxımından qeyri-müəyyəndir”.
ECB prezidenti əlverişli maliyyələşdirmə şərtlərinin davam etdiriləcəyinə diqqət çəkib.
Laqarde inflyasiyanın bu ilin əvvəlində 2020-ci ilin sonu ilə müqayisədə kəskin artdığını vurğulayıb və yaxın aylarda onun daha da artacağını ehtimal edib.