Dünya neft qiymətləri dörd hərrac ərzindəki artımdan sonra bu gün bir qədər azalma göstərib.
Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 8.49-a olan vəziyyətə görə “Brent” markalı neftin iyun fyüçersləri 0,94 % ucuzlaşaraq 68,66 ABŞ dollarından, WTI markalı neftin may fyüçersləri isə 1,04 % ucuzlaşaraq 65,41 ABŞ dollardan satılıb. Halbuki ötən gün hər iki neft markası 2 %-ədək bahalaşmışdı.
Qiymətlərin irəli-geri tərəddüdü ilə yanaşı cari azalma ABŞ-dakı neft ehtiyatlarına dair rəsmi məlumatla da bağlıdır. Belə ki, 1-7 may ərzində ölkədəki ehtiyatlar strateji ehtiyat istisna olmaqla gözlənildiyi 2,8 milyon barel əvəzinə cəmi 0,4 milyon barel azalaraq 484,7 milyon barelədək geriləyib.
Bununla yanaşı Atlantik regionunun əsas benzin nəqli olan "Colonial Pipeline"nın cümə günü baş verən nasazlıqdan sonra yenidən işə düşəcəyi gözlənilir.