31 May 2021 16:21
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprel ayında Azərbaycan xarici ölkələrə 21,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayında bildirilir.

Bu, 2020-ci ilin aprel ayının göstəricisi ilə müqayisədə 13,8 milyon dollar və ya 2,9 dəfə çoxdur.

Bu ilin yanvar-aprel ayları ərzində isə Azərbaycan xarici ölkələrə 64,6 milyon dollar dəyərində qızıl ixrac edib ki, bu da 2020-ci ilin 4 ayı ilə müqayisədə 20,9 milyon dollar və ya 47,8 faiz çoxdur.


Müəllif: Yeganə Oqtayqızı