21 İyun 2021 13:54
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sentyabr ayından əhaliyə yenidən 190 manat birdəfəlik yardımın veriləcəyi xəbəri həqiqəti əks etdirmir”.

Bunu Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin şöbə müdiri Fazil Talıbov deyib.

Qurum rəsmisi yayılan məlumatın kökündən yanlış olduğunu diqqətə çatdırıb: “Yenidən əhaliyə birdəfəlik ödəmə şəklində 190 manatın verilməsi nəzərdə tutulmayıb. Məsələnin rəsmi tərəfini Dünya Bankı ilə dəqiqləşdirmək olar”.

Qeyd edək ki, mediada yayılan məlumata görə, Dünya Bankı Azərbaycanda COVID-19-la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır. Məlumata görə, bu ilin sentyabrında işə düşəcək ümumi məbləği 95 milyon dollar olan “Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi”ni Dünya Bankı maliyyənləşdirəcək.

Onun icraçıları isə İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Qeyd olunub ki, layihə çərçivəsində işsizliyə görə ayrıca ödənişin verilməsi nəzərdə tutulur. Dünya Bankının layihəsi 170 min nəfərə 190 manatlıq birdəfəlik ödənişi nəzərdə tutur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər