Çinin bitkoin mədənçiliyi və kriptovalyuta əməliyyatlarını qadağan etmək yönündə atdığı addımlar kriptovalyuta qiymətlərində kəskin enişə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Çindən gələn mənfi xəbər axını səbəbindən bitkoin və altkoinlər yanvar ayından bəri ilk dəfə 30 min dollardan aşağı düşüb.
Hazırda 29 min 890 dollarla əməliyyat aparılan bitkoin bu azalmaya baxmayaraq ilin əvvəlinə nisbətən 7.55 % dəyərindədir.
Bitkoinlə yanaşı ethereumun, doqekoinin, ripple kimi bir çox altkoinlərdə də itkilər davam edir.