Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün verilən buraxılış sənədinin kvotası 31 faiz, yəni 35 mindən 46 minədək artırılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin hesabatında deyilir.
Qeyd olunur ki, bundan başqa, üçüncü ölkələrə tranzit daşımaları üçün kvota 2,5 mindən 3 minədək artırılıb.
Nazirliyin məlumatına əsasən, 2021-ci il üçün əlavə 8 min buraxılış sənədi verilib.