9 İyul 2021 17:19
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda qeyri neft sektorunun ixrac potensialı sürətlə artır".

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov Tvitterdə bildirib.

"Bu ilin 6 ayında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 milyon ABŞ dollarını keçib. Bu dövrdə qeyri-neft sənayesi məhsullarının ixracında isə 40,1%-lik artıma nail olunub. Ümumilikdə, I yarımillikdə ixracdan gəlirlərin artımı 14,8% təşkil edib. Bu, maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir", - deyə o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər