26 Avqust 2021 16:46
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımdan vacib hesab olunur. Artıq Füzuli Beynəlxalq Hava Limanında çalışacaq işçilərin seçimi ilə bağlı vakansiya elan olunub. Hava limanının inşaatında isə 500 Azərbaycan vətəndaşı çalışır. Füzuli, Cəbrayıl və Zəngilana səfər edən zaman digər infrastruktur layihələrinin də intensiv həyata keçirildiyini müşahidə etdik. Həmin layihələrdə çalışanların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının drayverinə çevriləcək Qarabağ məşğulluğun təmin olunmasında da xüsusi rola malik olacaq: “Məskunlaşma prosesi ilə yanaşı yeni iş yerlərinin yaradılması da əsas prioritetlərdəndir. Artıq rayonlar üzrə müqayisəli üstünlüyə malik olan sektorların qiymətləndirilməsi aparılır.

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir. Bu illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir. Bu isə yaxın illərdə Qarabağda 10 minlərlə yeni iş yerinin yaradılacağı deməkdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər