CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 76,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel azdır.
Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,11 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.