29 Sentyabr 2021 21:27
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada kripto sərmayəçilərinin sayı 500 milyonu keçib.

Teleqraf.com xəbər verir ki, araşdırma şirkəti "Triple A" ən çox kriptovalyuta sərmayəçisi olan ölkələri açıqlayıb.

Araşdırmanın nəticələrinə görə, Hindistan siyahıya liderlik edir. Ölkədə 100 milyon 740 min 320 nəfər kriptovalyuta sərmayəçisi var.

Kripto sərmayəçi sayı 27 milyon 491 min 810 olan ABŞ siyahıda ikinci yerdədir.

Rusiya 17 milyon 379 min 175 sərmayəçi ilə siyahıda üçüncü yerdə qərarlaşıb.

Ölkələr üzrə kripto sərmayəçilərinin sayı aşağıdakı kimidir:

Nigeriya 13 milyon 16 min 341, Braziliya 10 milyon 373 min 187, Pakistan 9 milyon 51 min 827, İndoneziya 7 milyon 285 min 707, Vyetnam 5 milyon 961 min 684, Ukrayna 5 milyon 565 min 881, Keniya 4 milyon 580 min 760, Filippin 4 milyon 360 min 579, Cənubi Afrika 4 milyon 215 min 944, Banqladeş 3 milyon 742 min 571, Tailand 3 milyon 629 min 713, Böyük Britaniya 3 milyon 360 min 591, Meksika 3 milyon 189 min 799, Kolumbiya 3 milyon 122 min 449, Venesuela 2 milyon 941 min 502, Türkiyə 2 milyon 476 min 418 və Almaniya 2 milyon 191 min 986.


Müəllif: Yeganə Oqtayqızı