16 Noyabr 2014 09:28
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi və “Muğanbank” ASC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, müqaviləyə əsasən, “Muğanbank” ASC-nin də müştəriləri “E- hökumət” portalı vasitəsilə elektron arayışdan istifadə edə biləcəklər.

“E- hökumət” portalına sadələşdirilmiş kod-parollardan, elektron imza sertifikatından istifadə etməklə, “ASAN İmza” və portal tərəfindən təklif olunan digər identifikasiya metodları vasitəsilə daxil olmaq mümkündür.


Müəllif: