18 Dekabr 2021 12:22
3 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Suriya mühəndisləri iki ölkənin sərhədində zəngin neft yataqlarının olduğunu bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu ehtiyatların üzə çıxarılması üçün Türkiyənin Mardin, Siirt, Şırnak, Hakkari və Mersin vilayətlərində neft kəşfiyyatı işlərinə başlanacaq.

Sərhədin Suriya tərəfi PKK-nın işğalı altındadır və bu ərazidə sutkalıq neft hasilatı 110 min bareldən çoxdur. Müharibədən əvvəl Əsəd rejiminin bölgədəki hasilat həcmi 350-385 min barel arasında dəyişirdi. PKK-nın işğal etdiyi bölgələrdən çıxan neftdən gündəlik 5 milyon dollar gəlir əldə edilir.

Bölgədə uzun illər çalışmış suriyalı neft mühəndisi Enes Şevah sərhəd xəttində böyük neft və qaz ehtiyatlarının olduğuna diqqət çəkib: “Tel Abyad bölgəsindən başlayaraq Yarubiye qədər dəhliz boyunca çoxlu neft quyusu var. Terror təşkilatı PKK sərhəddən bir neçə kilometr aralıda olan bu quyulardan gündə 35-40 min barel neft əldə edir. Türkiyədə də güclü damarların olduğuna inanıram. Sözügedən ərazilər arasında müxtəlif coğrafi və geoloji amillər əsasən eynidir. Ona görə də sərhədyanı ərazilərdə böyük miqdarda neftin olma ehtimalı çox yüksəkdir.

Ümid edirəm ki, türk qardaşlarımız kəşfiyyat və qazma işlərini davam etdirəcək və burada da keyfiyyət ehtiyatları əldə olunacaq. Bu halda əldə edilən qaz və ya neft Türkiyə iqtisadiyyatına milyardlarla dollar töhfə verəcək”.

Türkiyənin Enerji Strategiyaları və Siyasəti Araşdırma Mərkəzinin (TESPAM) məlumatlarına görə, sərhədin Suriya tərəfində 7,5 milyard barel neft var. TESPAM rəhbəri Oğuzhan Akyener Şanlıurfa-Mardin marşrutunda edilməsi lazım olan araşdırmaların əhəmiyyətini vurğulayıb: “Hazırda Suriya xalqından oğurlanan bu neft terroru maliyyələşdirmək üçün istifadə olunur. Türkiyənin burada aktiv güc olduğu təqdirdə gündəlik 1milyon barel hasilat gücü var. Bu resurs Suriyanın yenidən qurulması üçün həyati əhəmiyyət kəsb edir”.


Müəllif: Yeganə Oqtayqızı