Bu ilin yanvar - oktyabr aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə 356 milyon manat sığorta haqqı toplanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Teleqraf.com-a bildiriblər ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 milyon manat və ya 5,4 faiz çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə 131,4 milyon manat olub.
Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 32,4 milyon manat və ya 32,8 faiz çoxdur. Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,9 manat ödəniş edilib. Bu göstərici ötən ilin yanvar - oktyabr aylarında 29,3 manat olub.