27 Yanvar 2022 12:27
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2021-ci il ərzində Azərbaycanda sənaye zonalarında 2,4 milyard manat dəyərində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 88,3% çoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, sənaye zonaları iqtisadiyyatın diversifikasiyasında, xüsusilə qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır: “Ötən il sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15,5%-ə yüksəlib, qeyri-neft sənaye istehsalının artımındakı payı isə 30% təşkil edib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər