31 Yanvar 2022 17:11
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şimal axını 2” qaz tədarükünün artmasına imkan verərkən, uzunmüddətli müqavilələr qiymətləri aşağı salmağa kömək edəcək. Rusiya buna hazırdır, qərarı Avropa verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.

Səfir Rusiya-İngiltərə münasibətlərində böyük potensialın olduğunu ifadə edib: “Rusiyada heç kim müharibə istəmir. Biz hesab edirik ki, problem diplomatik yollarla, danışıqlar və Minsk razılaşmaları ilə həll edilə bilər və həll edilməlidir. Ölkələri süni dost seçimi problemi qarşısında qoymaq olmaz. Bu yanlışdır və bəzən ölkələri bir-birindən ayırır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər