25 Fevral 2022 17:27
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Azəriqaz” İB-nin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat daxil olub.

Bildirilir ki, videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev Bərdə rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Ağcabədi rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Beyləqan rayon sakinlərinin müraciətlərini dinləyiblər.

Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar.

Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və sair mövzuda müraciətlər də ünvanlanıb. Baş direktor və müavinləri Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.


Müəllif: Yeganə Oqtayqızı