Dünya bazarlarında "Brent" neftinin qiyməti 107 dollaradək azalıb.
Teleqraf.com-un məlumatına görə, birjalarda "Brent" neftinin may fyuçersləri 107,45 dollar/barel ətrafında alınıb satılır.
Ötən həftəsonu ilə müqayisədə neft qiymətləri 5 faizdən çox azalıb.
Xatırladaq ki, ötən həftənin əvvəlində "Brent" neftinin qiyməti bir barel üçün 130 dolları ötmüşdü.