Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyaları ABŞ dollarının dominant ehtiyat valyuta mövqeyini tədricən məhv edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktor müavini Gita Gopinat deyib.
O bildirib ki, dollar bu mühitdə vacib qlobal valyuta olaraq qalır, lakin bu mövqeyin sarsılması ehtimalı çox yüksəkdir: “Bəzi ölkələr artıq müxtəlif valyutalarla ticarət üçün danışıqlar aparır. Qlobal ticarətdə digər valyutalardan istifadə Mərkəzi Bankların ehtiyatlarında müxtəlifliyə səbəb olacaq”.
Direktor müavini, həmçinin Ukraynadakı müharibənin kriptovalyuta və mərkəzi bankların rəqəmsal valyutaları kimi rəqəmsal maliyyənin istifadəsini artıracağını bildirib.