24 İyun 2022 12:03
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkələrdə ictimai fikrin yanlış istiqamətə yönləndirilməsi səbəbindən çox qısa bir dövrdə “ASAN Kommmunal”a 5 mindən artıq abonent "Azəriqaz"la bağlı şikayət edib”.

Teleqraf.com xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.

Qurum rəsmisi bu rəqəmin 2 milyon 400-dən yuxarı abonentin olduğuna nəzərən, faiz dərəcəsi baxımından o qədər böyük olmadığını deyil:

“Amma burada söhbət 5 min insanın yanlış yerə əziyyət çəkməsindən, vaxt itirməsindən gedir. “ASAN Kommmunal”a gələn 5 mindən artıq abonent cüzi də olsa vaxt və vəsait itiriblər, narahatlıqlar yaşayıblar. 5 mindən artıq olunan müraciətlərin heç birində mənfi saldonun şişirdilməsi, yanlış yerə şişirdilmiş debitor borcların yazılması kimi faktlar aşkar olunmayıb. Bunların hamısının izahatı həmin abonentlərə təqdim olunub. Təbii ki, reallığı görən abonentlər bundan razı qalıblar”.


Müəllif: Yeganə Oqtayqızı