24 İyun 2022 23:59
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin 5 ayında "AzeriLight" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. İyunun 20 günündə isə neftin orta qiyməti 117 dollar dəyərində müəyyənləşib. İlin birinci yarısında bu rəqəm ortalama təxminən 110 dollar olub”.

Teleqraf.com xəbər verir ki, bunu Neft-qaz araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban deyib.

O bildirib ki, Azərbaycanda büdcə dürüstləşdirilməsi zamanı neftin qiyməti 85 dollar nəzərdə tutulacaq:

“İlin ikinci yarısında - yay mövsümündə qiymətlərin 120-130 dollar arasında dəyişməsi proqnozlaşdırılır. Çünki Rusiya ilə münasibətlər gərginləşir. İlin ikinci yarısında neftin dünya bazara qiyməti 70 dollara qədər ucuzlaşsa, ümumilikdə büdcədə nəzərdə tutulmuş həmin 85 dollar alınar. Buna görə də dövlət büdcəsində neftin qiymətinin 85 dollardan götürülməsinin riski yoxdur və normaldır”.

Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülmüşdü.


Müəllif: Yeganə Oqtayqızı