11 Avqust 2022 11:57
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynanın taxıl daşınması müqaviləsi çərçivəsində Türkiyəyə 25 faiz endirim tətbiq edəcəyi ilə bağlı iddiaları təkzib edib.

Teleqraf.com xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Dujarric gündəlik mətbuat brifinqində taxıl müqaviləsi ilə Türkiyənin Ukraynadan 25 faiz endirim alacağı ilə bağlı iddiaları cavablandırıb.

“İstanbulda imzalanan Qara dəniz taxıl təşəbbüsü sazişində heç bir endirim məsələsi olmayıb. Həmçinin, belə bir endirimə zəmanət verən hər hansı başqa müqavilədən xəbərimiz yoxdur”, - deyə Stefan Dujarric bildirib.

Qeyd edək ki, qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması müqaviləsi iyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanıb.


Müəllif: Yeganə Oqtayqızı