28 Sentyabr 2022 13:12
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın milli qaz şirkəti “Naftogaz”a qarşı qeyri-dost yanaşmasına görə sanksiyalar tətbiq edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın enerji şirkəti “Qazprom” açıqlayıb.

Bildirilir ki, Beynəlxalq Arbitraj Məhkəməsi (ICC) qarşısında Rusiya qazının Avropaya daşınması ilə bağlı Ukraynanın "Naftogaz" şirkətinin “Qazprom”a ünvanladığı ittihamlar rədd edilib.

Açıqlamada “Naftogaz”ın Rusiya qazının Ukrayna ərazisindən daşınması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, iki şirkət arasında təbii qazın daşınması müqaviləsinin İsveç qanunları ilə tənzimləndiyi bildirilib: “Rusiya qarşı tətbiq etdikləri çoxsaylı sanksiya səbəbiylə İsveç və İsveçrə dost olmayan ölkələr kateqoriyasına düşüb. Əhəmiyyətli dərəcədə dəyişən şərtlər “Qazprom”u müvafiq yerlərin məhkəmələrində ədalətli və qərəzsiz şəkildə cinayət məsuliyyətinə cəlb olunmaq hüququndan məhrum edir”.

“Qazprom” “Naftogaz”ın Beynəlxalq Arbitraj Məhkəməsinə cəhdini qeyri-dost addım kimi qiymətləndirib: “Ukrayna şirkətinin ədalətsiz yanaşması və ICC-də mübahisənin həlli cəhdlərini davam etdirməsi Rusiyanın “Naftoqaz”a qarşı sanksiyaların tətbiqi üçün bütün imkanlara sahib olmasına səbəb ola bilər. Bu, “Qazprom”un sanksiyalara məruz qalanlar qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsinə qadağa qoyulması deməkdir”.

Qeyd edək ki, “Naftogaz” sentyabrın 9-da Rusiya qazının daşınması üçün lazımi ödənişləri etmədiyi səbəbilə “Qazprom”a qarşı ICC qarşısında arbitraj prosesi başlatdığını açıqlayıb.

“Qazprom” Ukrayna vasitəsilə Avropaya gündə təxminən 42 milyon kubmetr təbii qaz göndərir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər