Bu ilin yanvar-noyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 5,6 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini isə fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.
Elektron ticarət dövriyyəsinin 94,7 faizini qeyri-ərzaq malları təşkil edib.