5 Dekabr 2022 17:01
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neft hasilatımızı azaltmalı olsaq belə, yalnız bizimlə bazar şərtləri ilə işləyən ölkələrə neft və neft məhsullarını satacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan daşınan neftə 60 dollarlıq tavan qiymət tətbiq etməsi barədə razılaşmaya münasibət bildirərkən Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

O, ölkəsinin bazar şərtlərinə uyğun olaraq neft satmağa davam edəcəyini vurğulayıb: “Tavan qiyməti tətbiqi bazar qaydalarını pozur. Rusiya hökuməti bu qərarın bazara zidd, səmərəsiz və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bütün qaydalarının əksinə olduğunu dəfələrlə vurğulayıb. Biz tavanı qiymət tətbiqinin qeyri-sabitliyə, enerji qıtlığına səbəb ola biləcəyini düşünürük”.

Qeyd edək ki, Aİ ölkələri dekabrın 2-də Rusiyadan dəniz yolu ilə nəql edilən neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.

G7 və Aİ ölkələri dekabrın 5-dən Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyacaq.


Müəllif: Yeganə Oqtayqızı