9 Dekabr 2022 12:27
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Twitter” şirkətlərə reklamlarının müəyyən açar sözlər olan paylaşımların üstündə və ya altında görünməsinin qarşısını ala biləcək yeni nəzarət alətləri təklif edəcək.

Teleqraf.com-un məlumatına görə, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Twitter”i alandan sonra böyük şirkətlər reklamlarını geri çəkdi.

Şirkətlərə göndərilən məlumata görə, “Twitter” reklam verənləri cəlb etmək üçün yeni alətləri gələn həftədən etibarən tətbiq edəcək.

Qeyd edək ki, İlon Mask “Twitter”i aldıqdan sonra “General Mills” və “Pfizer” kimi şirkətlər bu sosial platformadan reklamlarını geri götürmək qərarına gəliblər. “Apple” isə “Twitter”də reklam verməyə davam edəcək.


Müəllif: Yeganə Oqtayqızı