2022-ci il ərzində dollar yüksək məzənnə ilə yadda qaldı. Buna baxmayaraq, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz artırma sürətinin yavaşlaması və bir müddət sonra avronun bahalaşması gözlənilir. Belə bir faiz siyasəti dolların möhkəmlənməsinə mane olsa da, 2023-cü ildə qızılın nüfuzuna kömək edəcək.
Teleqraf.com xəbər verir ki, 2023-cü ildə avro/dollar paritetinin 0,92 və 1,12 zolaqlarında hərəkət edəcəyi proqnozlaşdırılır.
Qızılın hərəkət edəcəyi gözlənilən səviyyələr 1920 $/unsiya ilə 1620 $/unsiya arasındadır.
Müşahidələrə əsasən, mərkəzi bankların qızıl alışları yeni ildə də davam edəcək. Bu ilin üçüncü rübündə mərkəzi bankların qızıl alışları təxminən 700 tona yaxın olub. 2023-cü ildə satınalmaların 2022-ci ildə görünən səviyyələrə çatmayacağına baxmayaraq, bir çox ölkənin satınalmalarının pandemiyadan əvvəlki səviyyədən yuxarı olacağı mümkündür.
Bu il gümüş dolların altında "əzildi". Ehtimallara görə, FED pul siyasətini dəyişdirənə qədər ağ metal təzyiq hiss edəcək. Gümüşdə spekulyativ mövqelər daha aşağı səviyyədədir. 2022-23-cü illərdə gümüş ticarəti üçün gözlənilən qiymət intervalı bir unsiya üçün 25-17 dollar təşkil edir.