Londonun "ICE" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 22 dekabr 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 72 dollardan aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 7,14 faiz azalaraq 71,92 dollar/barelə bərabər olub
Saat 21:00 üçün (GMT+4) olan məlumata görə, "Brent" markalı neftin qiyməti bir barel üçün 71,79 dollar (-7,26%) təşkil edib. Eyni zamanda, "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 7,54% ucuzlaşaraq 66,08 dollar/barelə bərabər olub.