Türkiyədə Rusiya və Belarus hava yollarına məxsus iyirmiyə yaxın “Boeing” və “Airbus” təyyarələrinə yanacaq doldurulması və texniki xidmət göstərilməsinə qadağa qoyulub.
Teleqraf.com xəbər verir ki, buraya istənilən ölkədə istehsal olunan və ən azı 25 faiz Amerika hissələrindən ibarət çarter təyyarələri daxildir.
Məlumata görə, bu qərarı Türkiyənin Gömrük və Ticarət Nazirliyi ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Departamentinin müvafiq məktubundan sonra qəbul edib.
Martın 16-dan etibarən Türkiyədən uçan Rusiya təyyarələri yanacaq doldurmaq üçün Soçiyə enəcək.
Bundan başqa, Türkiyə təyyarələrinə sanksiyalar altında olan “Lukoyl” və “Qazprom” şirkətlərindən yanacaq almaq qadağan edilib.