“Qlobal bazarlar tərəfindən də yaxından izlənilən borc limitinin artırılması ilə bağlı danışıqlar əvvəlkilərdən daha çətin keçir. Lakin ABŞ-ı böhranın astanasına gətirən borc limitinin dalana dirənməsinin həllinə ümidliyəm”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Canet Yellen deyib.
Nazir qeyd edib ki, ABŞ-da borc limitinin artırılması ilə bağlı məhdud inkişaf müşahidə edilir: “Problemin yaxın bir neçə həftə ərzində həll olunacağını təxmin edirəm”.
Qeyd edək ki, ABŞ-da federal hökumət defolta səbəb ola biləcək 31,4 trilyon dollarlıq borc həddinə çatıb.