“Rusiyanın idxal və ixracında Çin yuanının payı artıb və bu artım davam edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ən böyük bankı olan “Sberbankın” baş direktoru German Qref deyib.
O qeyd edib ki, ötən il ərzində yuanın payı Rusiya ixracatında 2 faizdən 18 faizə, idxalda isə 5 faizdən 27 faizə yüksəlib: “Sberbank” müştərilərinə, dost ölkə valyutalarına daha çox maraq göstərir. Yuan bu mənada şəksiz liderdir. Keçən illə müqayisədə bu il yuanla əməliyyat sayında 10 qat artım gözləyirik”.
Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiyanın ixracda “zəhərli” hesab etdiyi dollar və avronun payı ötən il ixracda 87 faizdən 48 faizə, idxalda isə 65 faizdən 46 faizə düşüb.