“2023-cü ilin birinci rübündə Türkiyə ilə Azərbaycan arasındakı xarici ticarətin həcmi 10 faiz artaraq 811 milyon dollardan 892 milyon dollara yüksəlib”.
Teleqraf.com xəbər verir ki, bunu Ege İxracatçı Birlikləri Koordinatoru vitse-prezidenti və Ege Yaş Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Hayrettin Uçak deyib.
Onun sözlərinə görə, 2022-ci ildə iki ölkə arasındakı xarici ticarət həcmi 3 milyard dolları keçib: “2023-cü ilə yaxşı bir başlanğıc etdik. İki qardaş ölkə arasında xarici ticarət həcminin artması bizi sevindirir. Bir-birimizin çatışmazlıqlarını tamamlayaraq yerli və milli istehsala töhfə veririk”.