Hindistanın “IndiGo” loukoster (aşağı büdcəli) aviaşirkəti avqust ayından Dehli və Bakı arasında birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
“IndiGo” 6 yeni istiqamət və 174 yeni həftəlik uçuş sayəsində beynəlxalq trafiki genişləndirmək niyyətindədir. Beynəlxalq istiqamətlərin ümumi sayı isə 26-dan 32-yə yüksələcək.
İyulun sonu - avqustun əvvəlində Mumbaydan Nayrobi (Keniya) və Cakartaya (İndoneziya) birbaşa uçuşlar həyata keçiriləcək. Avqustda Dehlidən Tbilisiyə (Gürcüstan) və Bakıya (Azərbaycan), sentyabrda isə Daşkənd (Özbəkistan) və Almatıya (Qazaxıstan) uçuşlar başlayacaq.