7 Yanvar 2015 18:25
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək. Çünki ölkəmizdə düzgün iqtisadi siyasət həyata keçirilir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, Azərbaycan valyuta ehtiyatlarını ildən ilə artırır. Onun sözlərinə görə, hər il qeyri-neft sektorunda artım baş verir.

“Dünyanın siyasi və iqtisadi aləmində ciddi dəyişikliklər baş verir. Azərbaycan dövləti də bu proseslərə hazırlığı diqqət mərkəzində saxlayır. Ölkəmizin kifayət qədər valyuta ehtiyatı var. Qeyri-neft sektorunun inkişafında get-gedə daha güclü artımlar baş verir. Bu amil isə Azərbaycanın dövlət büdcəsində neft gəlirlərinin çəkisinin aşağı düşməsinə səbəb olur” – deyə, komitə üzvü qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər