Yevlax Pilot Aqroparkda fərdi sahibkar Əli Əhmədova və “Kronos Agro” MMC-yə rezident statusu verilib.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tviter hesabında yazıb.
“Rezidentlər tərəfindən 61,9 hektar sahədə investisiya həcmi 938,4 min manat olan intensiv meyvə bağları salınacaq, 19 nəfər daimi, 128 nəfər isə mövsümi işlə təmin ediləcək", - nazir qeyd edib.