10 Avqust 2023 18:11
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8% artaraq 2 milyard ABŞ dolları təşkil edib.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) açıqlayıb.

Qeyd olunub ki, cari ilin yeddi ayı ərzində yeyinti məhsulları üzrə ixrac 520 milyon ABŞ dollarına bərabər olub.

Bu ilin yanvar-iyul ayları ərzində elektrik enerjisi 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 46,6% artıb.

Analoji dövrdə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6% artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

İyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 233,2 milyon ABŞ dolları təşkil edib. Ötən ay ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə isə 1,5% artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər