4 Noyabr 2023 19:14
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”nı təsdiq edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bu Qayda “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən hazırlanıb və sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsini və məcmu kapitalının hesablanması qaydalarını müəyyən edir.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər