6 Dekabr 2023 09:52
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,06 ABŞ dolları, yaxud 0,07 % azalaraq 82,62 ABŞ dolları təşkil edib.

Bu barədə Teleqraf.com-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçersləri 77,22 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.


Müəllif: Teleqraf.com